Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Dünya, haqqa cavab ver!

0

  •       Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan Televiziyasına, İctimai Televiziyaya, REAL TV-yə müsahibə vermişdir. Cənab Prezident dünyada gedən proseslərdən, Azərbaycanın Dağlıq Qarabağ məsələsində haqlı mövqeyindən bəhs etmişdir. Ermənistanın Dağlıq Qarabağı Azərbaycandan ilhaq etmək istəməsi, qondarma Dağlıq Qarabağ Respublikasını tərəf kimi gündəmə gətirməsi siyasi riyakarlıqdan başqa bir şey deyildir. Təəssüflər olsun ki, BMT-nin, ATƏT-in Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonlarla bağlı məlum qətnamələri kağız üzərində qalmışdır. Bəzi dövlətlərin bu münaqişənin həllinə ikili standartlarla yanaşması, müharibə ocağının alovlanmasına, Azərbaycan torpaqlarının erməni hərbi birləşmələri və onların havadarlarının köməkliyi ilə işğal edilməsi və işğalda saxlanmasına gətirib çıxarmışdır. Bu hadisələrdə on minlərlə azərbaycanlı şəhid olmuş və dövlətə milyardlarla ziyan dəymişdir. Ulu Öndərin 1993-cü ildə xalqın tələbi ilə, ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycanda ordu quruculuğuna başlanmış, çökmüş iqtisadiyyat yenidən bərpa edilmişdir. Hal-hazırda Ulu Öndərin siyasi davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycana başçılığı sayəsində qaçqınların və məcburi köçkünlərin problemləri daim diqqət mərkəzində olmuşdur. Ümumi əhalinin həssas təbəqəsinin məşğulluq və digər problemləri vaxtında öz həllini tapmışdır. Xalq-iqtidar birliyinin nəticəsi torpaqlarımızın işğaldan azad edilməsinə, xalqımızın firavanlığa qovuşmasına gətirib çıxaracaqdır. Firudin Əliyev,Qarabağ qazisi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib35 dəfə
    Dünya haqqa cavab ver!

    Maraqlı gələ bilər
    70
    10
    146
    47
    54